ABŞ Polşa ilə razılaşdı: 1000 əsgər Varşavaya gedir

ABŞ Dövlət katibi Mayk Pompeo və Polşa Müdafiə naziri Mariuş Blaşak iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinə dair müqavilə imzalayıb.

Razılaşmaya əsasən, Polşa ərazisinə əlavə olaraq ABŞ-ın 1000 hərbçisi yerləşdirilməlidir. Bununla da bu ölkədəki ABŞ hərbçilərinin sayı 5600-ə çatdırılmalıdır.

Müqaviləyə əsasən, Polşaya hərbçilər Almaniyadan göndəriləcək. Üstəlik, Polşaya Almaniyadan bir neçə ABŞ komandan strukturunun köçürülməsi nəzərdə tutulub.