ABŞ Mişustin və Medvedevə qarşı tam bloklayıcı sanksiyalar qoyub

ABŞ Rusiyanın baş naziri Mixail Mişustinə və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

Bu barədə Ağ Evdən məlumat verilib.

“Bu addım onları ABŞ-ın maliyyə sisteminə çıxışını kəsəcək və onların Birləşmiş Ştatlarda sahib olduqları bütün aktivləri dondurulacaq” – Ağ Evin yaydığı bəyanatda qeyd edilir.

Mənbə: Whitehouse.gov