ABŞ mediası: “Yaxın altı ayda nə Ukrayna, nə də Rusiya irəliləyiş əldə edəcək”

“Yaxın altı ayda nə Ukrayna, nə də Rusiya müharibədə irəliləyiş əldə edəcək”.

Bunu hərbi ekspert Frants-Stefan Qadi ABŞ-ın “The New York Times” qəzetinə açıqlamasında bildirib.

Hərbi ekspert deyib: “Rusiya ordusunun cəbhədə irəliləmək üçün əməliyyat imkanları yoxdur. Ukrayna tərəfinin isə kadr potensialı zəifdir. Hadisələrin hazırkı trayektoriyası Ukrayna üçün pisdir, lakin fəlakətli deyil”.