ABŞ İrana qarşı növbəti hücumu başa çatdırdı

ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunub ki, ABŞ qüvvələri İranın komanda mərkəzlərinə, hava hücumundan müdafiə obyektlərinə, raket və pilotsuz sistemlərinə, eləcə də sahil müşahidə vasitələrinə zərbələr endirib. Bir neçə bölgədə, o cümlədən Bəndər-Abbas şəhərindəki obyektlərin məhv edilməsi üçün yüksək dəqiqlikli sursatlardan istifadə edilib.