ABŞ-da güclü qar 600-dən çox aviareysin ləğvinə səbəb olub.
Bu barədə “FlightAware”nin təqdim etdiyi məlumatlarda deyilir.
Ümumilikdə 664 reys ləğv edilib, 7460 reys təxirə salınıb. CBS, Chicago, Nyu-York, Boston, Des Moines, Minneapolis və Detroit hava limanlarının ən çox çətinlik çəkdiyini bildirir.




