Napoleonun ən yaxın dostunun qalıqları tapılıb

0
490

Rusiyalı arxeoloqlar insan qalıqları aşkar edib. Ehtimala görə, onlar Napoleon Bonapartın müttəfiqlərindən birinə – general Gündenə məxsusdur.

 

Qalıqlar Smolenskdə aparılan qazıntılar zamanı tapılıb. Skeletin sol ayağı yoxdur, sağ ayağı isə ciddi zədələnib. Tarixi mənbələrə əsasən, general hər iki ayağından ciddi zədə almışdı. Bu da alimlərə həmin qalıqların məhz Gündenə məxsus olmasını iddia etməsinə əsas verib. Lakin sözügedən versiyanı yalnız DNT ekspertizası təsdiqləyə bilər. Artıq generalın nəslinin bir nümayəndəsi Moskvaya, genetik nümunələr vermək üçün gəlməyə razılıq verib.

 

DNT ekspertizasından sonra qalıqların həqiqətən də generala məxsus olması sübuta yetirilərsə, onun sümükləri Fransada basdırılacaq. Mütəxəssislərin sözlərinə görə, bu, Napoleonun tapılan ilk generalıdır.

 

Qeyd edək ki, Günden 1768-1812-ci illərdə Napoleonla bərabər hərbi məktəbdə təhsil alıb. Onlar yaxın dost və müttəfiq olublar. 1812-ci il avqustun 19-da Valutina dağı yaxınlığındakı döyüşdə ciddi xəsarət alan Günden Smolensk şəhərində dünyasını dəyişib.