Vətən müharibəsindən sonra Prezidentin sərəncamlarına əsasən, 154 min nəfər müxtəlif orden və medallarla təltif edilib.
Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, hazırda digər orden və medalların yoxlanılması və aidiyyatı üzrə bölüşdürülməsi prosesi həyata keçirilir.
“Bu məqsədlə yoxlamalar, dəqiqləşdirmələr aparılır”, – deyə Anar Eyvazov əlavə edib.