Azərbaycanda vaksinasiya prosesi qonşu ölkələrlə müqayisədə yüksək səviyyədədir – FOTO

0
288

Azərbaycan vaksinasiya prosesinin əhatə dairəsinə görə Asiya ölkələri arasında orta göstəriciyə malik ölkələrdəndir.

Bu, Asiya İnkişaf Bankının (ADB) “Asiyanın İnkişaf Perspektivləri” hesabatının dekabr buraxılışında öz əksini tapıb.

Belə ki, hesabatda Azərbaycan vətəndaşlarının 50 faizdən çoxunun vaksinasiya olunduğu qeyd edilib. Onlardan 45 faizə qədəri tam vaksinasiya prosesindən, 5 faizə yaxını isə qismən vaksinasiya edilmiş hesab edilib.

Siyahıda Gürcüstan və Ermənistanın da adı olub. Qonşu ölkələrdə vaksinasiya prosesi Azərbaycana nisbətən aşağı səviyyədə olub. Belə ki, Gürcüstanda tam vaksinasiya olunmuş əhali 25 faizə qədər, Ermənistanda isə 20 faizə belə çatmayıb.

Eləcə də Azərbaycan Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstan kimi Orta Asiya ölkələrindən də vaksin olunan əhalinin sayına görə irəlidədir.

Bildirilib ki, Asiya regionu üzrə vaksinasiya prosesi qeyri-bərabər olaraq qalır.