Bakıda maaşlar artıb – RƏSMİ

0
262

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin yanvar-oktyabr aylarında işçilərin orta aylıq əməkhaqqı 937,5 manata bərabər olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,2 faiz daha çoxdur.