Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”

0
355

Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqıları artırılacaq.

Bunu açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 50 manat və yaxud 20 % artırılaraq, 250 manatdan 300 manata çatdırılıb.