Müəllimlərdan pul yığmasını istəyən direktorla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

0
307

Sosial şəbəkələrdə məktəb direktoruna aid olduğu iddia edilən səs yazısı böyük rezonans doğurub. Müəllimlərin votsap qrupunda yayılan səs yazısında direktorun valideynlərdən pul yığmaq tələbi vurğulanıb. Əks halda isə həmin pulun müəllimlər tərəfindən ödəniləcəyi qeyd olunub.

Səs yazısı ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məsələyə araşdırmalardan sonra hüquqi qiymət veriləcəyini bildirib.

Mehriban Vəliyeva həmçinin deyib ki, Valideyn-Müəllim Assosiasiyaları məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir.

Təhsil idarəsinin müdiri Suraxanı rayonu, 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagirdin durumuna da aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda həmin şagirdə psixoloji dəstək göstərilir.