ANAMA sədri: “Keçən ilin noyabrından bu günə qədər 20 min hektara yaxın ərazi təmizlənib”

0
229

“Ermənistanın verdiyi mina xəritələri emal edilir. Son zamanlar insanların minaya düşməsi hallarının artmasına səbəb insan faktorunun rol oynamasıdır”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Onun sözlərinə görə, son hadisələr təmizlənməmiş əraziyə girişin nəticəsində baş verib:

“Keçən ilin noyabrından bu günə qədər 20 min hektara yaxın ərazi təmizlənib. Ən çox çirkləndirilən mina sahəli ərazi Füzuli, Ağdam və Tərtərdir”.