ATƏT-in nümayəndə heyəti Ağdamda – Foto

0
505

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək nümayəndə heyəti Ağdama gəlib.

Nümayəndə heyəti Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb.

Nümayəndə heyətinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor daxildir. Onlar Azərbaycan tərəfdən qoşunların təmas xəttində monitorinq aparacaqlar.

Qeyd edək ki, bu gün Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.