Onlar ya axmaqdırlar, ya da satılıblar – Saakaşvili

0
527

Ölkədə təcili növbədənkənar parlament seçkisi keçirilməlidir.

Bu bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

O, hökumətin proporsional seçki sisteminə keçid haqqında bəyanatını “axmaqlıq” adlandırıb. Saakaşvilinin sözlərinə görə, İvanişvilinin bu təklifi ilə razılaşanlar ya axmaqdırlar, ya da satılıblar.

Qeyd edək ki, dünən Gürcü Arzusu Partiyası 2020-ci ildə ölkədə parlament seçkisinin tam olaraq proporsional qaydada keçiriləcəyini açıqlayıb.