75 yaşlı ata əlil övladını xilas etdi, özü yanaraq öldü – VİDEO

0
666

İstanbulun Kadıköy rayonunda  7 mərtəbəli binanın üçüncü mərtəbəsində güclü yanğın baş verib.

Yanğın Çehreli ailəsinin yaşadığı mənzildə olub.Yanan evdəki ana və ata dünyasını dəyişsə də, onların əlil övladının həyatını xilas etmək mümkün olub.

75 yaşlı Barbaros Çehreli yardıma gələnlərə əlil övladı, 42 yaşlı Boranı verərək, mənzildə qalan həyat yoldaşı, 74 yaşlı Ülkər Çehrelini xilas etmək üçün yenidən alovun içinə atılıb. Yanğın güclü olduğu üçün ər-arvadın həyatını xilas etmək mümkün olmayıb.