Zaxarova: “Rusiya tərəfi Qarabağda UNESCO missiyasının mümkün qədər tez təşkil olunmasının tərəfdarıdır”

0
317

“Qarabağ və ətraf rayonların mədəni irsinin qorunması mövzusu rəsmi Bakı və İrəvanla danışıqlarda mütəmadi olaraq müzakirə edilir. Xüsusilə, bu məsələyə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mayın birinci yarısında Ermənistana və Azərbaycana işgüzar səfəri zamanı toxunulub”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O qeyd edib ki, Rusiya tərəfi bölgədə UNESCO missiyasının mümkün qədər tez təşkil olunmasını dəstəkləyir.

Zaxarova vurğulayıb ki, bu il aprelin 13-də qəbul etdikləri bəyanatda Qarabağın dini və mədəni irsinin qorunması və müdafiəsi şərti xatırladılaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin xətti ilə iş aparılır.