Xaçmaz rayonunda silah arsenalı aşkarlandı – YENİLƏNİB + FOTO/VİDEO

0
368

19 may 2021-ci il tarixində Xaçmaz rayonunun Üryanoba kəndində xidmət aparan polis əməkdaşları tərəfindən qəbiristanlıq ərazisində hərbi sursatlar aşkar olunub. Məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ötürülüb və dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb olunub.

Bununla bağlı FHN məlumat yayıb.

Sursatlara birgə baxış keçirilərkən 1290 ədəd 7,62 çaplı güllə, 134 ədəd 5,45 çaplı güllə, 6 ədəd avtomat darağı, təlim üçün nəzərdə tutulmuş 70 ədəd UZRQM zapal, təlim üçün nəzərdə tutulmuş 20 ədəd “F-1” əl qumbarası, təlim üçün nəzərdə tutulmuş 4 ədəd “TM-62” tank əleyhinə mina, təlim üçün nəzərdə tutulmuş 7 ədəd TM partladıcısı, təlim üçün nəzərdə tutulmuş 3 ədəd “KOMZ” piyada əleyhinə mina, 3 ədəd döyüş tətbiqinə yararsız “TEREM 7m” işıq bombası və 2 ədəd “ŞOAB” aviabombanın bombacığının olduğu müəyyən edilib.

Təlim üçün nəzərdə tutulan sursatlar aidiyyəti üzrə təhvil verilib, 2 ədəd “ŞOAB” bombacığı isə zərərsizləşdirilməsi üçün təhlükəsizliyi təmin edən xüsusi texnika vasitəsilə pirotexniklər tərəfindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınıb.

10:06

Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Üryanoba kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən döyüşə yararlı 1290 ədəd 7,62 mm-lik və 134 ədəd 5,45 mm-lik patronlar, 2 ədəd aviabomba hissəsi, 6 ədəd avtomat darağı və ümumilikdə 108 ədəd müxtəlif növ təlim mina və qumbaraları aşkar olunub.

Sursatların tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.