Ermənistan hökuməti icma rəhbərlərinə qadağa qoydu: “Zəngəzurdakı vəziyyətdən danışmayın”

0
388

Zəngəzur və Geqarkunik icmalarının rəhbərlərinə sərhəddəki vəziyyətlə bağlı açıq şəkildə danışmamaq göstərişi verilib.

Bu barədə Ermənistanın “Joxovurd” nəşri yazıb.

Belə ki, icma rəhbərlərinə istənilən suala “hər şey yaxşıdır”, “heç nə dəyişməyib” cavabını vermək, təfərrüatı açıqlamamaq tapşırılıb.