İşğaldan azad edilmiş kənddə külli miqdarda narkotik maddə aşkarlandı – FOTO

0
417

Ağdamın işğaldan azad edilmiş kəndində narkotik maddə aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir. 

Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1 200 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.