Sosial Xidmətlər Agentliyi ilə TƏBİB rəsmiləri arasında görüş keçirilib

0
311

Sosial Xidmətlər Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib. 

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə müharibədən zərər çəkən şəxslərin psixo-sosial dəstək tədbirləri ilə əhatə olunması istiqamətində hər iki qurumun gördüyü işlərdən bəhs olunub. Bu sahədə əməkdaşlığın təşkili, sosial işçi və psixoloqların yerlərdə ehtiyaclara uyğun əlaqəli işinin qurulması, ümumilikdə agentliyin və TƏBİB-in yerli qurumları arasında birgə fəaliyyətin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb.

Təkliflər səsləndirilib, əməkdaşlıq ediləcək sahələr müzakirə olunub.