Arxiv yazışmaları asanlıqla ələ keçirilə bilər – “WhatsApp”da yeni funksiya

0
335
Arxiv yazışmaları asanlıqla ələ keçirilə bilər - "WhatsApp"da yeni funksiya

“WhatsApp” messencerində dialoqların ehtiyat surətlərinin şifrlənməsi funksiyası reallaşdırılacaq.

Hazırda “Android” və “iOS” sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün ehtiyat surətlər “Google Drive” və ya “iCloud” bulud sistemlərində saxlanılır. Nəticədə bulud sisteminə müdaxilə etmiş haker şifrələnməmiş arxiv yazışmalarını asanlıqla ələ keçirə bilər.

İstifadəçilərin məlumatlarını müdafiə edən yeni funksiyanın beta-testi “WhatsApp” messencerinin yenilənmiş versiyasında əlçatan olacaq. Ancaq şifrləmə funksiyasını istənilən vaxt deaktiv etmək mümkün olacaq.