Cüdoçularımız benəlxalq turnirdə erməniləri, qırğızları və tacikləri məğlub etdilər

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində veteran cüdoçular arasında keçirilən beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası finala çıxıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, cüdoçularımız Ermənistanı 5:0, Qırğızıstan komandasını 5:0 və Tacikistanı 3:2 hesabı ilə məğlub edib.