İranın “SH85” tipli raketləri İsrailə qarşı işə salınıb.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, Həmasın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları Təl-Əvivi hədəf alan hücumlarda ilk dəfə “SH85” tipli İran raketlərindən istifadə edib.
“Əl-Cəzirə” müxbiri Qəzza zolağından atılan 200-ə yaxın raketin Təl-Əvivi və ətraf əraziləri hədəf aldığını açıqlayıb.
“SH85” tipli raketlərə aid olduğu iddia edilən fotolar sosial mediada paylaşılıb. “Röyters” və “Assoşieyted Press” də Təl-Əvivi hədəf alan raketlərin fotolarını yayımlayıb.