“Twitter”in yeni funksiyası: Artıq hesablardan “bəxşiş” almaq da mümkün olacaq – VİDEO

0
322

“Twitter” mikrobloq xidməti istifadəçilər üçün “bəxşiş” almaq və göndərmək funksiyasını işə salıb.

Bu barədə şirkətin məhsul meneceri Ester Crouford öz bloqunda xəbər yayıb.

“Biz istəyirik ki, qarşılıqlı dəstəyiniz “bəyənmə”, “retweet” və “follower”lərlə yanaşı daha asan olsun. Bu gün “Tip Jar”ı (“bəxşiş bankı”) – “bəxşiş” almanın və göndərmənin yeni üsulunu təqdim edirik”, – deyə o, bildirib.

Artıq istifadəçilər pul köçürməyin mümkün olduğu xidmətlər və tətbiqlərin siyahısını öz “Twitter” hesablarına bağlaya bilər.

İanə almaq istəməyən istifadəşilər isə sadəcə bu funksiyanı bağlaya bilərlər.