Dərbənddə silah anbarı aşkarlanıb

Dağıstan polisi Dərbənddə üç silahlı şəxsi saxlayıb.

“RİA Novosti” xəbər verir ki, saxlanılanlardan ov tüfəngi, tapança və döyüş sursatı götürülüb.

Daha sonra saxlanılanlardan biri gizlədilmiş silah anbarının yerini göstərib: burada müxtəlif silahlar və partlayıcı maddələr aşkarlanıb.

Polisdən bildiriblər ki, faktla bağlı Rusiya Federasiyası CM-in 222 və 222.1-ci maddələri ilə cinayət işi açılıb, istintaq başlayıb.