Ceyranbatanda sərnişin avtobusu qəzaya düşdü – FOTO

0
392

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə marşrut avtobusunun yolun kənarında saxlayıb sərnişin düşürdüyü zaman qeydə alınıb.

Belə ki, arxadan gələn “Ford” markalı avtomobil avtobusa çarpılıb.

Qəza nəticədə avtobusa ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.