Myanmada ölən etirazçıların sayı 753-ə çatıb

0
342
Protesters in Yangon, Myanmar, on Sunday, March 14, 2021, assist a man injured during a confrontation with security forces. (The New York Times)

Myanmada fevralın əvvəlindən bəri nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalarda ölənlərin sayı 753-ə çatıb.

Bu barədə Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat yayıb.

Təşkilatdan verilən məlumata görə, hazırda ölkədə siyasi motivlərdən 3441 nəfər saxlanılıb ki, onlardan 79 nəfərinə həbs cəzası verilib.