TƏBİB: “Arif Quliyevin ölüm xəbəri yalandır”

0
381

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

“Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bildirib ki, yayılan məlumatlar əsassızdır.

O, həmçinin qeyd edib ki, Xalq artistinin vəziyyəti dəyişməyib, ağır olaraq qalır.