Rusiya istehsalı olan “Sputnik V” peyvəndi üzərində aparılan sınaqlar hələ davam edir və vaksinin istehsalının təsdiq edilməsi barədə danışmaq hələ tezdir.
Bu sözləri aprelin 19-da Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Afşin Emre Kayıpmaza deyib.
“Mən jurnalistə söylədim ki, Türkiyədə Rusiya istehsalı olan peyvənd sınaqdan keçirilir və yalnız bəzi aralıq mərhələlərdə müsbət nəticələr əldə edilib”, – “RİA Novosti” Afşin Emre Kayıpmazanın açıqlamasını dərc edib.
10.36
Türkiyə koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ölkədə istehsalına icazə verib.
Bu barədə “Yeni Şafak” nəşri Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Afşin Emre Kayıpmaza istinadən məlumat yayıb.
“Aparılan araşdırmalardan sonra “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına icazə verilib”, – Elmi Komitə üzvünün açıqlamasında qeyd olunur.
Xatırladaq ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 4-5 aydan sonra “Sputnik V” vaksininin Türkiyəyə tədarük oluna biləcəyini açıqlamışdı.
O, qeyd etmişdi ki, Rusiyada istehsal olunan vaksin ilkin mərhələdə müsbət nəticələr verib.