Əri “TikTok”u qadağan etdiyi üçün özünü öldürdü

0
630

Hindistanda qadın əri “TikTok” proqramını qadağan etdiyi üçün intihara əl atıb.

Hadisə Tamu Nadu əyalətinin Perabalur şəhərində baş verib.

Belə ki, Şiva adlı kişi arvadının “TikTok”la həddindən artıq vaxt keçirdiyini görüb. Bu səbəbdən o, həyat yoldaşına sözügedən proqramdan istifadəni qadağan edib.
İki uşaq anası olan Anita isə buna etiraz olaraq zəhər içib. Qadın zəhər içdiyi anı videoya çəkərək “WhatsApp”la ərinə göndərib.

Həmin vaxt Şiva Sinqapurda olduğu üçün durumla bağlı qohumlarına xəbər verib. Qadın qohumları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, “TikTok”la bağlı ilk ölüm hadisəsi deyil. Bundan əvvəl Mumbayda 15 yaşlı qız doğum günündə özünü asıb. Yeniyetmənin intiharına isə nənəsinin “TikTok”la çox vaxt keçirdiyinə görə, ona əsəbləşməsi səbəb olub. Bundan başqa, Dehlidə Salman Zakir adlı 19 yaşlı gənc “TikTok” videosu çəkərkən yanlışlıqla dostu tərəfindən vurulmuşdu.