Ən yaşlı britaniyalı qadın öldü – Hər gün viski içirmiş

0
500

Böyük Britaniyanın ən yaşlı qadın sakini Qreys Cons dünyasını dəyişib.

O, 113 yaşında vəfat edib. Bu haqda onun qızı Deydra Makkarti məlumat verib.

Bir neçə il əvvəl müsahibələrinin birində Q. Cons etiraf etmişdi ki, bu qədər uzun ömür yaşamağının səbəbi müntəzəm istifadə etdiyi alkoqollu içki olub. Belə ki, o, 50 yaşından sonra, hər gün yatmazdan əvvəl, ürək xəstəliyinin riskini azaltmaq üçün, bir qurtum viski içib.