İsrail İran gəmisini raketlə vurdu – TƏRƏFLƏR SUSUR (YENİLƏNDİ)

0
562
İsrail İran gəmisini raketlə vurdu - TƏRƏFLƏR SUSUR

İranın “Mehr” Agentliyi hücum iddiasını təkzib edərək əsassız xəbər olduğunu bəyan edib.

Ərəb mediasında yer alan xəbərlərə görə, gəmi hücum zamanı böyük ziyan çəkə bilər. Gəminin İsrail tərəfindən raketlə vurulduğunu iddia edən ərəb mətbuatına görə, gəmi Qırmızı dənizin cənubunda Yəmən istiqamətində hərəkət edib.

Yayılan iddialarla bağlı nə İran, nə də İsrail rəsmi açıqlama verib.

Qeyd edək ki, martın 25-də İsrail mediası ölkəyə aid yük gəmisinin Oman körfəzində İran tərəfindən raket hədəfinə alındığını açıqlamışdı.

xxx

00:31

İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus gəmi Qırmızı dənizdə hücuma məruz qalıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Eritreya sahillərində baş verib. Hücumun kimlər tərəfindən təşkil olunması bəlli deyil. İnsidentlə bağlı detallar açıqlanmayıb.