Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür

0
584
Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür

Bugün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Bilriyinin katibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti , hüquq elmləri doktoru “Neftçi” PFK-nın Muşahidə Şurasının sədri Çingiz Abdullayevin doğulduğu gündür.

Ç.Abdullayev 1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb.İlk fəaliyyət illərinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, sonra böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.1984-1986-cı illərdə Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.

O, ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. 1983-cü ildən etibarən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə çıxış edib.Əsərləri müxtəlif dillərə tərcümə olunub. Çoxlarına qəribə görünsə də, əslində yazıçı hüquqla ədədbiyyatı birləşdirərək detektiv əsərlərin yaranmasına və dünyaya yayılmasına nail ola bilib.

Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür

Çingiz Abdullayev deyir ki, sovet vaxtı uşaq baxçasında soruşanda ki, “kim olmaq istəyirsən”, hamı kosmonavt deyirdi, amma mən hüquqşünas: “10-cu sinifi qurtaran kimi hüquq fakültəsinə qəbul oldum. Ona görə də bu peşənin yaradıcılığıma təsirini istisna etmirəm. Təbii ki, mən əgər həkim olsaydım, onda gərək həkimlərdən yazardım. Belə deyək- hobbisi yazıçı olan hüquqşünas… Hüquq isə həyat reallıqlarını əks etdirir. Mərhum rejissor Rasim Ocaqov mənə deyirdi ki, sən insanları aldadırsan. O deyirdi ki, sən dedektiv yazdığını desən də, əslində həyatı yazıb onu dedektiv şəklində insanlara təqdim edirsən. Əsərlərimə çəkilən filmlərimə baxanlar deyirdilər ki, bizi niyə aldadırsınız? Axı bu dedektiv deyil, əslində faciəvi bir məhəbbət hadisədir”.

Onu dedektiv yazarı kimi qəbul etməyənlər də olub. Ç.Abdullayev qeyd edir ki, tanınmış yazıçı Con Mark demişdi ki, müsəlman olan yazıçı ümumiyyətlə dedektiv yaza bilməz: “Mən oxunmağımı təkcə dedektivlə əlaqələndirməzdim. Görünür kitablarımda nəyəsə toxuna bilirəm, nəsə alınır. Türkiyədə xeyli kitabım çıxıb, Amerikada, Fransada, Bolqarıstanda, Ruminyada və Ukraynada kitabımlarım nəşr olunub. Heç vaxt sifarişlə yazmamışam, ancaq Ukrayna dilindəki bir kitabı sifarişlə yazmışam. Bu prezident Yanikoviçlə bağlı kitabıdır. Bu bizim üçün də bir fəxrdir. 60 milyonluq Ukraynada yazıçı tapmadılar mənim yanıma gəldilər. Görünür mən insanlarda nəyə isə toxuna bilmişəm ki, insanlar oxuyur”.

Özünü detektiv yazar kimi görən və bütün dünyada əsərləri oxunan Çingiz Abdullayevin qələmindən çıxan məhsullara kino da biganə qalmadı. Ssenariləri əsasında bir çox filmlər “Dronqo”(2002), “Məhkumlar”(2007), “Tərsinə çevrilən dünya”(2011), “Xeyirlə şərin rəqsi”(2016) və s.) ərsəyə gəldi. Bəhs etdiklərimiz yazıçının yaradıclığının sadəcə kiçik bir qismidir. Genişşaxəli yaradıcılığı olan Ç.Abdullayevin hələ qələmə alacağı neçə-neçə əsərlər var və yəqin ki, vaxtını gözləyir. Yazıçını ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, İctimai Nəzarət Koalisiyasının kollektivi