Təmizləyici vasitələrdə təhlükəli maddə AŞKARLANDI

0
357

ABŞ-da bir sıra istehsalçıların əl təmizləyici jellərində benzol aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatına görə benzol xərçəngə səbəb olan maddələrdən biridir.

Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

COVID-19 pandemiyasının başlanğıcında çatışmazlıq zamanı satışa çıxarılan təmizləyicilərdə təhlükəli maddə müəyyən edilib. Nəticədə şirkət mütəxəssisləri 168 istehsalçının məhsulunun tərkibini öyrəniblər.

Məhsulların 8 faizində təhlükəli maddənin konsentrasiyası yüksək – milyonda iki hissə olaraq müəyyənləşib. Bu da insanın nisbətən qısa bir müddətdə dözə biləcəyi həddən çoxdur.

Ən yüksək benzol miqdarı 16 markanın məhsullarında tapılıb. Bu antiseptiklərin əksəriyyəti ABŞ-da və Çində istehsal edilib.