Ev tikmək istəyənənlərə şad xəbər – Bundan sonra…

0
380

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən KİV nümayəndələrinə “Bir pəncərə” elektron müraciət sisteminə əlavə edilmiş yeni funksionallıqlarla tanışlıq məqsədi daşıyan onlayn press-tur keçirilib.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin Məcəllənin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Yeni istifadəyə verilmiş funksiya sayəsində Bakı şəhəri üzrə fərdi yaşayış evləri tikmək istəyən şəxslər artıq bu elektron portal vasitəsilə onlayn müraciət edə bilərlər. Yeni yaradılan modul sayəsində vətəndaşlar şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməklə sistemə qoşulduqdan sonra öz müraciətlərini aidiyyati qurumlara göndərə bilərlər. Bu zaman müvafiq qanunvericilikdə nəzərdə tutulan sənədlərin yüklənilməsi tələb olunur.

Məlumatlandırma icraatı modulu pilot layihə olaraq Bakı şəhərində tətbiq olunub və sınaq layihəsinə paytaxtın 12 rayonunu əhatə edir. Müraciətlərə Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq 10 gün müddətində baxılır və müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, müvafiq bildiriş vətəndaşın şəxsi kabinetinə göndərilir.