Toy hazırlıqları yarıda qaldı: Polis məclisi başlamamış dayandırdı

0
630

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub. Polis əməkdaşları F.Rüstəmovla profilaktiki söhbətlər aparıb, ona xəbərdarlıq edib, məclisin keçirilməsi isə dayandırılıb.