Beş sərbəst güləşçimiz Olimpiadaya vəsiqə üçün Budapeştdə xalça üzərinə çıxır

0
289

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.

Yarışın ilk günündə sərbəst güləş millimizin beş üzvü bu il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün xalça üzərinə çıxacaq. Yarışlar Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Güləşçilərimiz Olimpiadaya vəsiqəni rəsmiləşdirmək üçün mütləq finala yüksəlməlidir. Finalçılar bu gün müəyyənləşəcəyindən, sabahkı həlledici görüşlər formal xarakter daşıyacaq.

Sərbəst güləş
57 kq

1/8 final. İslam Bazarqanov – Niklas Ştexele (Almaniya)

65 kq
1/8 final. Hacı Əliyev – Corc Ramm (Böyük Britaniya)

74 kq
1/8 final. Hacımurad Hacıyev – Şarl Andre Afa (Fransa)

86 kq
1/8 final. Əbubəkr Abakarov – İştvan Vereb (Macarıstan)

125 kq
1/4 final. Camaləddin Məhəmmədov – Tapani Heyno (Finlandiya)

Qeyd edək ki, bugünkü yarışa qədər sərbəst güləşdə yalnız Şərif Şərifov (97 kq) Olimpiadaya vəsiqə qazanıb. Olimpiya çempionumuz 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında buna nail olub.