Əli Əsədovdan vaksinasiya prosesi ilə bağlı AÇIQLAMA

0
355

Bu günə qədər Azərbaycanda 460 minə yaxın vətəndaş vaksinasiya olunub.

Bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatını təqdim edərkən deyib. 

O bildirib ki, vaksinasiya koronavirus infeksiyasının yayılmasının miqyasını kiçildəcək. 

Baş nazir Azərbaycan dövlətinin pandemiya ilə mübarizə və fəsadların aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirdiyini də diqqətə çatdırıb.