Deputat bahalaşmaya etiraz etdi

0
419

Milli Məclisin iclasında deputat Vahid Əhmədov ərzaq və qeyri-ərzaq bazarında qiymətlərin artmasından danışıb. 

Millət vəkili bildirib ki, məhsulların qiyməti dözülməz həddədir. 

V.Əhmədov qeyd edib ki, məhsullarının qiyməti əsası olmadan qaldırılır. 

“Bazarda inhisarçılıq, monopoliya var, bahalaşmaya bu da təsir edir. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu Məcəllə qəbul edilsə, bazarda rəqabət yaranacaq və qiymətlər normallaşacaq”,-deyə V.Əhmədov əlavə edib.