Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

0
321
Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan-İsveç ikitərəfli əlaqələri, bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, ATƏT-lə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.