Türkmənistan Azərbaycanla tarixi razılaşmanı TƏSDİQLƏDİ

0
318

“Dostluq” yatağı üzrə qarşılıqlı anlaşma haqqında Azərbaycan-Türkmənistan Memorandumu martın 13-də Türkmənistan Məclisində ratifikasiya edilib.

Bu barədə “Turkmenportal” nəşri məlumat yayıb.

“Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarı haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qarşılıqlı Anlaşma Memorandumunun ratifikasiyası haqqında” müvafiq qərar Türkmənistan parlamentinin xüsusi iclasında qəbul edilib”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, yataqla bağlı mübahisələri həll edən memorandum 21 yanvar 2021-ci ildə imzalanıb. Elə onda da “Dostluq” adını alıb. Yatağın ehtiyatları 50 milyon ton neft həcmində qiymətləndirilir.