Qətərdə DÇ-2022 tikintilərində 1400 Nepal vətəndaşı ölüb

0
549

Nepal hökuməti Qətərdə stadion tikintisi zamanı 1400 nepallı fəhlənin həlak olması faktını təsdiqləyib.

Daha əvvəl Almaniyanın WDR şirkəti turnir obyektlərinin tikintisində iştirak edən fəhlələrin ağır həyatından bəhs edən sənədli film hazırlayıb.

Nepalın Əmək Nazirliyinin nümayəndəsi Narayan Rəhmi bir çox həmvətəninin ölüm faktını təsdiq edib:

“Biz öz işçilərimizi Qətərə göndərməyə başlayandan, bəzi insanlar orada həlak oldular. 1400, 300 və ya 200 rəqəmlərinin hansının həqiqi olduğuna əmin deyiləm. Mən bunu birbaşa problemlə əlaqəli olan hakimiyyət orqanları ilə dəqiqləşdirməliyəm”, – deyə, Rəhmi qeyd edib.

Nepal hökumətinin məlumatına görə, tikintilər başlayandan sonra Qətərə hər gün 1300 nepallı fəhlə yola salınıb.