8 Mart ərəfəsində “Bank BTB”dən sərfəli kredit kampaniyası

0
341

“Bank BTB” Beynəlxalq Qadınlar günü münasibətilə xanımlara özəl “8 Mart” adlı endirimli kredit kampaniyasına start verdi.

Belə ki, Nağd pul, Lombard, Biznes və ya Mikrokredit əldə etmək istəyən xanım müştərilər 5 Mart 2021-ci il tarixinədək müraciət etdikdə 2 % endirimli şərtlərlə kredit götürə biləcəklər.

Bundan əlavə, kampaniyanın daha bir özəlliyi kreditlərin 0% komissiya ilə rəsmiləşdirilməsidir. 

“8 Mart” kredit kampaniyasından yararlanmaq istəyən xanım müştərilər “Bank BTB”nin onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, bankın satış nöqtələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.