BMT-dən mühüm çağırış: Təcili atəşi dayandırın!

0
600

Birləşmiş Millətlər Təşkilatı Liviya dəstək missiyası 2 aydır qarşıdurmaların davam etdiyi paytaxt Tripoli üçün təcili humanitar atəşkəs çağırışı edib.

Bu barədə BMT-nin Liviya üzrə xüsusi təmsilçisi Qassan Səlame məlumat verib. O, həmçinin qaçqınlara göstərilən humanitar yardımların sayının artırılması gərəkdiyini söyləyib.

Qeyd edək ki, Liviya Milli Həmrəylik Hökuməti ilə Xəlifə Haftarın tabeliyindəki qüvvələr arasında paytaxt Tripoli uğrunda başlayan qarşıdurmalar təxminən 2 aydır davam edir.