Moldovada koalisiya hökuməti quruldu

0
612

Moldova Prezidenti İqor Dodon parlamentin buraxılmasıyla bağlı sərəncam imzalamağı müvəqqəti dayandırıb.

Bunu jurnalistlərə açıqlamasında Dodonun özü deyib. O, həmçinin respublikadakı situasiyanın destabilizasiya ərəfəsində olduğunu və əhalidən etiraz aksiyalarında iştirak etməməsini, təxribatlara getməməsini istəyib:

“Çox çətin vəziyyətdəyik. Biz kütləvi destabilizasiya ərəfəsindəyik və partlayışa çox yaxınıq. Mən vətəndaşları təxribatlara getməməyə, etirazlarda iştirak etməməyə çağırıram”.

***

Moldova Prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlayıb.

İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan edib.

“Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, – deyə Dodon əlavə edib.

Prezident qeyd edib ki, parlamentdə fraksiya formalaşan kimi onlarla Baş nazirin təyini məsələsini müzakirə etməyə başlayacaq.

***

Moldovada rusiyayönümlü Moldova Cümhuriyyəti Sosialist Partiyası ilə qərbyönümlü sağ blok “ACUM Da şi PAS” koalisiya hökumətini formalaşdırıb.

Parlamentin iclasında Zinaida Qreçani Moldova parlamentin sədri, Prezident İqor Dodonun namizədliyini irəli sürdüyü Həmrəylik Partiyasının lideri Maya Sandu isə baş nazir seçilib.