Hipertoniyadan əziyyət çəkənlərə ŞAD XƏBƏR: sadəcə bu üsulla…

0
458

Hipertoniyadan əziyyət çəkən insanlar qan təzyiqini dərmansız aşağı sala bilər.

ABŞ-ın Mayo Klinikasının həkimləri buna əmindir.

Mərkəzin həkimləri hər şeydən əvvəl çəkinin nəzarətdə saxlanılmasını tövsiyə edir. Çünki artıq çəki yuxu pozğunluğuna səbəb olur və bu, təzyiqdə özünü göstərir.

Əlbəttə ki, qidalanma üçün də tövsiyələr var: daha çox meyvə və tərəvəz, az yağlı süd məhsulları, duz qəbulunun nəzarətdə saxlanması.

Amerikalı həkimlər hər gün ən azı yarım saat idman etməyi tövsiyə edirlər. Gəzinti, üzgüçülük və velosiped sürməyin sağlamlığa effektini artıracağına inanırlar.

Bununla birlikdə, bəlkə də qan təzyiqini normallaşdırmaq üçün ən çətin şərt stressdən qaçmaq və ya xroniki hala gəlməsinin qarşısını almaqdır.