Erməni girovluğunda saxlanan Dilqəm Əsgərov baba oldu – FOTO 08.06.2019 09:

0
670

5 ildir erməni girovluğunda saxlanan Dilqəm Əgərov baba olub.

Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov qismən də olsa anasına verdiyi sözünü reallaşdırdığını bildirib: “Anam atamın həsrətini çox çəkirdi. Anama söz vermişəm ki, atam azad olunub gələnə kimi onun azadlığı uğrunda mübarizə aparacam. Anamın az da olsa Dilqəm həsrətini yumşaltmaq üçün qərar verdim ki, atamsız evlenim və elə də oldu. Evləndim və bu gün bir oğlum oldu. Uşaq Şəmkirdə doğuldu. Adını Dilqəm qoydum”.

O, öz oğlunu anasına hədiyyə etdiyini vurğulayıb:

“İstəyirəm anam az da olsa balaca Dilqəmlə baba Dilqəm azad olub gələnə kimi təsəlli tapsın”. Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma “məhkəməsi” D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.