ABŞ-da azərbaycanlı gənc itkin düşdü

0
324

ABŞ-ın Nyu York şəhərində azərbaycanlı gənc, 1999-cu il təvəllüdlü Aslanov Rahim Tarahim oğlu itkin düşüb.

ABŞ vətəndaşı olan azərbaycanlı gənc Nyu Yorkun Park Avenyu küçəsindəki ünvanından 1 həftə əvvəldən yoxa çıxıb. Eyni küçədə yaşayan valideynləri də ondan xəbəri yoxdur.

Polis R. Aslanovla bağlı axtarış aparır.

Dostları onun bir müddət əvvəl bir qara dərili ilə əlbəyaxa dalaşdığını və qarşı tərəfdən hədələndiyini bildirib.