Nazirlik sintetik torlarla bağlı müvafiq orqanlara müraciət etdi

0
305
Fisher Reservoir in the morning

“Ov üçün istifadə olunan sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət olunub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, qanunvericiliklə həmin torların istifadəsi qadağandır:

“Təəssüf ki, bəzi hallarda bu torlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir”