AMEA siyahı yaydı: Bu şəxslər evi ola-ola mənzil istəyir

0
872

Yataqxanada yaşadığı dövrdə adlarına mənzil olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının adları açıqlanıb.

AMEA-nın məlumatında deyilir ki, son günlər bəzi əməkdaşlar rəhbər dövlət orqanlarına və mətbuata akademiya rəhbərliyinin ünvanına iftira dolu yazılar göndərərək, ictimai fikir gücündən istifadə etməklə öz qanunsuz əməllərini kölgədə saxlamaq və mənzil əldə etmək istəyirlər.

Həmin əməkdaşların belə davranışına cavab olaraq AMEA evi ola-ola mənzil əldə etmək istəyən şəxslərin siyahısını hazırlayıb.

Qeyd edək ki, son bir neçə aydır AMEA-da mənzil bölgüsü ilə bağlı qalmaqallar səngimək bilmir. Əməkdaşları AMEA-nı ədalətsiz mənzil bölgüsündə ittiham edir, qurum isə onları saxtakarlıqda ittiham edir.